Rusiya Cənubi Qafqazda qalmaq niyyətində olduğunu açıqlayıb
Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Cənubi Qafqaz regionu Rusiya üçün strateji baxımdan çox mühüm əhəmiyyət daşıyır və Moskva bu bölgədən geri çəkilə bilməz.
Crossmedia.az bildirir ki, səfirin sözlərinə görə, Rusiya özünü “Qafqaz dövləti” hesab edir və regionda mövcudluğunu qoruyub saxlamaq niyyətindədir.
O vurğulayıb ki, Cənubi Qafqazda baş verən proseslər Rusiyanın təhlükəsizlik və xarici siyasət maraqları ilə birbaşa bağlıdır.
23:25 26.12.2025
Oxunuş sayı: 1136