Rusiya səfiri: “İrəvan və Bakı arasındakı münasibətlərin normallaşdırılması Moskva ilə imzalanmış razılaşmalara əsaslanır”
İrəvan və Bakı arasındakı münasibətlərin normallaşdırılması Moskva ilə bağlanmış üçtərəfli razılaşmalara əsaslanır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Armenia”nın “Abovyan Taym” verilişinin efirində “Tramp yolu”nun (Zəngəzur dəhlizi) icrası ilə bağlı danışarkən bildirib.
Sergey Kopırkin qeyd edib ki, Rusiya hər zaman regiondakı bütün ağrılı məsələlərin həll olunmalı olduğunu hesab edib və bu proses uzunmüddətli perspektivdə həyata keçirilməlidir.
“Rusiyanın mövqeyi dəyişməyib və indi də açıq şəkildə bəyan edirik ki, tərəflərə tələb olunan formada və həcmdə yardım göstərməyə hazırıq.
Cənubi Qafqazda baş verənlər bizim üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Rusiya səfiri vurğulayıb.
22:35 26.12.2025
Oxunuş sayı: 1132