Tramp və Putin Fransa mediasında ən çox xatırlanan liderlər arasında yer alıb
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp 2025-ci ildə Fransa mediasında ən çox xatırlanan siyasi liderlərdən olublar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ouest-France nəşrinin media monitorinq platforması Tagaday-ın apardığı təhlilə əsasən, Donald Tramp siyahıda birinci yerdə qərarlaşıb.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putin isə ən çox xatırlanan şəxslər sırasında dördüncü pillədə yer alıb. Təhlil Fransa mediasında il ərzində dərc olunan materiallar əsasında aparılıb və beynəlxalq siyasi gündəmdə bu liderlərin rolunun xüsusi yer tutduğunu göstərib.
Türkan Kərimli
20:38 26.12.2025
Oxunuş sayı: 1164