Çində möcüzəvi əməliyyat
Çinin Şandun əyalətində yerləşən xəstəxananın cərrahları unikal tibbi əməliyyat həyata keçirərək xəstənin qulağını müvəqqəti olaraq ayağında böyüdüb daha sonra uğurla bərpa ediblər.
Crossmedia.az bu barədə South China Morning Post qəzetinə istinadən xəbər verir.
Məlumata görə, ağır qəza nəticəsində qulağını və üz nahiyəsinin bir hissəsini itirən Sun soyadlı qadında klassik replantasiya mümkün olmadığından həkimlər alternativ üsula müraciət ediblər.
Cərrahi komanda qulağı ayağın yuxarı hissəsinə köçürüb, burada damar uyğunluğu və dəri quruluşu bərpa üçün əlverişli olub.
Əməliyyat uğurla başa çatıb və xəstə artıq evə buraxılıb.
19:37 26.12.2025
Oxunuş sayı: 901