Zelenski: Moskva 20 maddəlik sülh planına cavab verməyib
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevin irəli sürdüyü 20 maddəlik sülh planı ilə bağlı Rusiya tərəfdən hələlik rəsmi reaksiya daxil olmayıb. Onun sözlərinə görə, Ukrayna bu məsələ ətrafında yalnız ABŞ ilə təmasdadır və Kremlin mövqeyinin yaxın günlərdə bəlli olacağı gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski "Şahed" tipli kamikadze pilotsuz uçuş aparatlarının Belarusun köməyi ilə Ukraynanın hava hücumundan müdafiə sistemini dolanmağa başlamasını qeyd edib.
Prezidentin sözlərinə görə, Rusiya tərəfi Ukrayna HHM sistemlərinin yerləşdiyi mövqeləri müəyyən edir və texniki imkanlardan istifadə etməklə dronların uçuş marşrutlarını Belarus ərazisindən keçirir.
Nigar Yahyazadə
19:15 26.12.2025
Oxunuş sayı: 1130