Rusiya İsrail və Suriya arasında vasitəçiliyə başlayır, ABŞ səssiz razılıq verib
Rusiya İsrail və Suriya arasında vasitəçilik prosesinə başlayıb. İsrail KİV-in məlumatına görə, ABŞ bu təşəbbüsə səssiz razılıq verib və tərəflər Moskvanın iştirakı ilə yeni təhlükəsizlik mexanizmlərini müzakirə edirlər.
Crossmedia.az bu barədə İsrail KİV-nə istinadən xəbər verir.
Bildirilir ki, İsrail hazırda Rusiya vasitəsilə Suriya ilə təhlükəsizlik arxitekturası üzrə danışıqlar aparır, Dəməşq də bu prosesdə Moskvanın rolunda maraqlıdır.
Məlumata əsasən, Rusiya rəsmiləri yaxın vaxtlarda Suriya tərəfi ilə keçiriləcək görüşlərin detallarını İsrailə təqdim edəcək.
Eyni zamanda, İsrailin iştirakı ilə Rusiya qüvvələri Latakiya sahillərində, xüsusilə ələvi icmalarının yaşadığı ərazilərdə təhlükəsizliyə nəzarət məqsədilə patrul fəaliyyətinə başlayıb.
19:31 26.12.2025
Oxunuş sayı: 1157