Peyk görüntüləri Şərqi Türküstanda məcburi əmək düşərgələrini ifşa edir
Şərqi Türküstanın Keriya rayonunda yerləşən qapalı yaşayış kompleksində həbsxana kompleksi və məcburi əmək obyektlərinin yanaşı qurulduğunu göstərən peyk görüntüləri yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi olaraq “peşəkar təlim mərkəzi” kimi təqdim olunan ərazi yüksək təhlükəsizlikli memarlığı, nəzarət olunan giriş-çıxış məntəqələri və istehsal sahələri ilə seçilir. Məlumatlara görə, kompleksdə saxlanılan şəxslər məcburi əmək fəaliyyətlərinə cəlb olunur.
Qeyd edək ki, beynəlxalq hüquq-müdafiə təşkilatları Şərqi Türküstanda (Sincan Uyğur Muxtar Rayonunda) uyğurların və digər türk-müsəlman icmalarının kütləvi şəkildə saxlanılması və məcburi əməyə cəlb edilməsi ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər.
Günel Verdiyeva
18:57 26.12.2025
Oxunuş sayı: 1117