İsrailin şimalında silsilə terror aktları baş verib, iki nəfər ölüb
İsrailin şimalında bir neçə terror aktı baş verib, nəticədə iki nəfər ölüb.
Crossmedia.az bu barədə İsrailin Kanal 12 telekanalına istinadən xəbər verir.
Hadisələrdən biri Eyn Harod yaxınlığında qeydə alınıb: qadın bıçaqlanaraq yaralanıb və şübhəli avtomobil hadisə yerindən Afula şəhərinə doğru qaçıb. Digər insident isə Beyt Şean bölgəsində baş verib, 70 yaşlı kişi atəş açılaraq öldürülüb.
Bir neçə nəfər yaralanıb, xəsarətləri yüngül hesab olunur. Şübhəli avtomobil Afula şəhəri yaxınlığında saxlanılıb və sürücü ələ keçirilib. Şimal rayon polisi hadisə yerindədir və baş vermə şəraiti araşdırılır. İlkin ehtimala görə, bu, bir neçə yerdə baş vermiş silsilə terror aktlarıdır.
16:13 26.12.2025
Oxunuş sayı: 989