Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirib
Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin şərqində Cənubi Keçid Şurasının mövqelərinə hava zərbələri endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Respublikanın cənubunda əhəmiyyətli əraziləri nəzarətdə saxlayan Cənubi Keçid Şurası zərbələrin Hadramaut əyalətinə endirildiyini bildirib. Hələlik zərbələr nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.
Daha əvvəl Ər-Riyad Cənubi Keçid Şurasından onların nəzarətinə keçmiş Hadramaut və Əl-Mahra əyalətlərindən qoşunlarını çıxarmağı tələb etmişdi.
Günel Verdiyeva
14:57 26.12.2025
Oxunuş sayı: 1100