AES-də gizli maraq: ABŞ ön planda
Rusiya prezidenti ABŞ-ın Zaporoje Atom Elektrik Stansiyasına marağı barədə açıqlama verib. Prezident həmçinin stansiyada kriptovalyuta hasilatı və enerji çatdırılması məsələlərinin müzakirə olunduğunu qeyd edib
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Komersant” qəzetinin müxbiri Andrey Kolesnikovun məlumatına görə, Rusiya prezidenti biznes nümayəndələri ilə görüşdə bildirib ki, ABŞ Zaporoje Atom Elektrik Stansiyasının (AES) birgə idarə olunmasına maraq göstərir, Ukrayna isə bu prosesdə iştirak etmir.
Prezidentin sözlərinə görə, ABŞ stansiyada “mayninq” (kriptovalyuta hasilatı) təşkili ilə maraqlanır və eyni zamanda elektrik enerjisinin Ukrayna ərazisinə çatdırılması məsələsi birgə nəzərdən keçirilir. O əlavə edib ki, Ukrayna mütəxəssisləri hələ də AES-də işləyir, lakin artıq onların rus pasportları var.
Zeynəb Xuduyeva
14:42 26.12.2025
Oxunuş sayı: 1124