"Hizbullah" üzvü: Döyüşçülərin 70 faizi İsraillə əməkdaşlıq edir
İsrail kəşfiyyatının "Hizbullah" təşkilatının strukturlarına dərin şəkildə sızdığı iddia olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın üzvünün sözlərinə görə, "Hizbullah" döyüşçülərinin təxminən 70 faizi İsraillə əməkdaşlıq edir. O qeyd edib ki, İsrail təşkilat haqqında onun üzvlərinin özlərindən daha çox məlumata malikdir və bu qədər geniş sızmanın necə baş verdiyi hələ də anlaşılmır.
Məlumatların İsrailə hansı yollarla ötürüldüyü barədə suala cavab verən döyüşçü "Hizbullah"ın kəşfiyyat sahəsində ciddi boşluqlarının olduğunu etiraf edib. O, bəzi yüksək vəzifəli şəxslərin ikili agent ola biləcəyindən şübhələndiyini də vurğulayıb.
Nigar Yahyazadə
14:28 26.12.2025
Oxunuş sayı: 1002