İlon Mask: Brüssel artıq Belçika deyil
ABŞ-li milyarder İlon Mask Belçikanın paytaxtı Brüssel barədə mübahisəli açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, Brüsseldə uşaqların demək olar ki, dörddə üçünün qeyri-Avropa mənşəli olduğunu göstərən statistikaya münasibət bildirərək, “Belçikanın paytaxtı artıq Brussel deyil”, – deyə qeyd edib.
Maskın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və paytaxtda demoqrafik dəyişikliklər mövzusunda debatları yenidən gündəmə gətirib.
Fatimə Məmmədova
14:13 26.12.2025
Oxunuş sayı: 1014