Ukraynada seçkilərin keçirilməsi üçün vəsait yoxdur
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin müşaviri Mixail Podolyak ölkədə seçkilərin keçirilməsi üçün maliyyə imkanlarının olmadığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Podolyak qeyd edib ki, hazırkı şəraitdə Ukrayna büdcəsi ciddi defisitlə üzləşib və seçkilərin maliyyələşdirilməsi real deyil. Onun sözlərinə görə, bu məsuliyyət Ukraynanın üzərinə düşməməlidir.
"Obyektiv olaraq buna gücümüz çatmaz, çünki büdcəmiz defisitlidir", – deyə o vurğulayıb.
Nigar Yahyazadə
13:58 26.12.2025
Oxunuş sayı: 1075