Çin DF-27A hipersəs raketini uğurla sınaqdan keçirib
Çin DF-27A tipli hipersəs raketini sınaqdan keçirib. Raketin maksimal uçuş məsafəsi 8 min kilometr, sürəti isə 8,6 Ma təşkil edir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Sınaq zamanı raket 12 dəqiqə ərzində 2100 kilometr məsafə qət edib. Mütəxəssislər raketin strateji hədəflərə sürətli və dəqiq zərbə endirmək imkanına malik olduğunu və mövcud müdafiə sistemlərini aşa biləcək potensiala sahib olduğunu bildirirlər.
Türkanə Məşədiyeva
13:53 26.12.2025
Oxunuş sayı: 992