Ukrayna ordusunun maliyyələşdirilməsini Avropa etməlidir — Podolyak
Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bildirib ki, təxminən 800 min nəfərlik Ukrayna Silahlı Qüvvələrinin saxlanılması əhəmiyyətli maliyyə resursları tələb edir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Podolyakın sözlərinə görə, müharibə ordunun sayını əvvəlki 250–300 min nəfərdən indiki səviyyəyə qədər artırıb. Podolyak bunu ironik şəkildə “Rusiyanın anlayışında demilitarizasiya” adlandırıb.
Müşavir vurğulayıb ki, söhbət peşəkar müqaviləli ordu quruculuğu və raket, eləcə də dron istehsalının inkişafından gedir. USV Avropanın şərq sərhədində qarşılıqlı caydırıcı qüvvə rolunu oynamalıdır.
Podolyakın fikrincə, ordunun maliyyələşdirilməsi Avropa tərəfdaşları ilə birgə həyata keçirilməli və hazırda investisiya formulu bu tərəfdaşlarla razılaşdırılır.
Türkanə Məşədiyeva
13:40 26.12.2025
Oxunuş sayı: 1178