ABŞ büdcəsindən qeyri-adi elmi tədqiqatlara vəsait ayrılıb — Rend Pol
2025-ci ildə ABŞ büdcəsindən olduqca qeyri-adi və mübahisəli elmi tədqiqatlar maliyyələşdirilib. Bu barədə respublikaçı senator Rend Pol ABŞ hakimiyyətinin elmi sahədə yol verdiyi israfçılıqla bağlı hazırladığı növbəti hesabatda bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Sənəddə qeyd olunur ki, dövlət vəsaiti hesabına gəlinciklər üzərində alkoqolla aparılan təcrübələr, eləcə də itlərə kokain verilməsini nəzərdə tutan eksperimentlər maliyyələşdirilib. Bundan əlavə, vergiödəyicilərin pulları meymunların videooyunlar oynadığı tədqiqatlara da xərclənib.
Rend Pol bu cür layihələrin elmi dəyərinin və ictimai faydasının şübhə doğurduğunu vurğulayaraq, büdcə vəsaitlərindən səmərəsiz istifadə edildiyini bildirib. Onun sözlərinə görə, bu cür tədqiqatlar ABŞ-də elmi maliyyələşməyə nəzarətin gücləndirilməsinin vacibliyini göstərir.
Hesabat ABŞ Konqresində və ictimaiyyətdə müzakirələrə səbəb olub. Senatorun açıqlaması fonunda federal elmi proqramlara ayrılan vəsaitlərin şəffaflığı və məqsədəuyğunluğu məsələsi yenidən gündəmə gəlib.
Türkanə Məşədiyeva
13:25 26.12.2025
Oxunuş sayı: 1273