Hindistan Çinlə mümkün müharibəyə hazırlaşır
Hindistan hakimiyyəti Çinlə mümkün hərbi qarşıdurma riskini nəzərə alaraq Himalay bölgəsində hərbi və logistika infrastrukturunun genişləndirilməsinə başlayıb.
Bu barədə Crossmedia.az The Wall Street jurnalına istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Yeni Dehli Çinlə mübahisəli sərhəd ərazilərində yolların, körpülərin, tunellərin və hərbi obyektlərin tikintisini sürətləndirir. Məqsəd mümkün gərginlik zamanı qoşunların və texnikanın sərhəd bölgələrinə daha operativ şəkildə çatdırılmasını təmin etməkdir.
Türkanə Məşədiyeva
13:06 26.12.2025
Oxunuş sayı: 1011