Əsir düşən rus əsgər 2,5 ay Ukrayna mövqeyində qalıb
23 yaşlı rus hərbçi Daniil Sıçov Donetsk vilayətində əsir alındıqdan sonra təxliyə olunana qədər Ukrayna Silahlı Qüvvələrinin mövqeyində qalıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sıçov bildirib ki, ukraynalı hərbçilər ona normal münasibət göstəriblər və o da öz növbəsində təsərrüfat və istehkam işlərində yardım edib.
“Hansı məqsədlə bunu edirdin?” sualına Sıçov sadəcə cavab verib: “Yaşamaq istəyirdim.”
13:20 26.12.2025
Oxunuş sayı: 1152