Fransada onlayn satış partlayışı: Arzuolunmaz hədiyyələr bazara çıxarıldı
Fransada Milad bayramından dərhal sonra onlayn satış platformalarında aktivlik kəskin artıb. Dekabrın 25-i səhər saatlarından etibarən ölkə sakinləri əsas onlayn platformalarda müxtəlif kateqoriyalarda təxminən bir milyon elan yerləşdiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Elanların əksəriyyətində satışın səbəbi göstərilməsə də, yerli media bu artımı Milad hədiyyələrinin açılması ilə əlaqələndirir. Qeyd olunur ki, bir çox istifadəçi ehtiyac duymadığı və ya bəyənmədiyi hədiyyələri satışa çıxarır. Ouest-France nəşrinin məlumatına görə, eBay platformasında təkcə dekabrın 25-i səhər saatlarına qədər 500 minə yaxın elan qeydə alınıb. Şirkət bayramdan sonrakı günlərdə elanların sayının 400 faizədək artacağını proqnozlaşdırır.
Rakuten şirkətinin sifarişi ilə Ipsos BVA tərəfindən aparılan sorğu isə Fransada arzuolunmaz hədiyyələrin yenidən satışının getdikcə daha çox sosial norma kimi qəbul edildiyini göstərir. Araşdırmaya əsasən, cəmiyyət bu praktikaya əvvəlki illərlə müqayisədə daha anlayışla yanaşır.
Sevinc Yarməmmədova
11:59 26.12.2025
Oxunuş sayı: 1215