HIV-ə qarşı peyvənd hələ ümid mərhələsində
HIV infeksiyasına qarşı effektiv peyvəndin hazırlanması hələlik elm aləmində mümkün görünmür və bu sahədə böyük tədqiqatlar davam edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı akademik Gennadiy Onışçenko bildirib ki, yaxın gələcəkdə HIV peyvəndi yaratmaq üçün hələ heç bir ön şərt mövcud deyil.
“Hazırda elmi cəhətdən belə bir böyük irəliləyiş üçün heç bir obyektiv əsas yoxdur. Lakin heç kim möcüzəyə inanmağı qadağan etmir,” – deyə o bildirib.
Onışçenko əlavə edib ki, müalicəyə əməl edən HIV xəstələri yaxşı həyat keyfiyyətini qorumaqla yanaşı, sağlam övlad dünyaya gətirə bilərlər.
Zeynəb Xuduyeva
11:46 26.12.2025
Oxunuş sayı: 1496