Tramp Epşteyn işi fonunda demokratları hədələdi
ABŞ prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı materialların dərc olunması fonunda Demokratlar Partiyasını sərt tənqid edib. O bildirib ki, baş verənlər fonunda bu Milad bayramı demokratlar üçün “sonuncu xoşbəxt Milad” ola bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşım edərək, “uğursuzların yenidən iş başına keçdiyini”, lakin bu dəfə onların günahsız dostlarının ciddi reputasiya zərbəsi alacağını qeyd edib. ABŞ prezidenti əlavə edib ki, bu vəziyyət Demokratlar Partiyasındakı korrupsiyalanan siyasətin real mənzərəsini göstərir.
Tramp vurğulayıb ki, Epşteyn qalmaqalı ilə bağlı demokratların çoxlu suallara cavab verməli olacağı gün yaxınlaşır və onun bu işdə iştirakına dair ittihamların yalan olduğu üzə çıxacaq. “Bəlkə də sizin son xoşbəxt Miladınız olacaq, bundan zövq alın”, - deyə Tramp paylaşımında bildirib.
Türkan Kərimli
11:32 26.12.2025
Oxunuş sayı: 1099