ABŞ Pnompen–Banqkok dialoquna vasitəçilik etməyə hazırdır
ABŞ Kambocanın paytaxtı Pnompen və Tailandın paytaxtı Banqkok arasında hərbi qarşıdurmanın dayandırılması üçün dialoqu asanlaşdırmağa hazırdır.
Crossmedia.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Kambocanın baş naziri Hun Manet ilə telefon danışığı zamanı bildirdiyi məlumata istinadən xəbər verir.
ABŞ Dövlət Departamentinin baş sözçü müavini Tommi Piqqotun sözlərinə görə, Rubio bölgədə davam edən zorakılıqdan narahatlığını ifadə edib və Prezident Donald Trampın sülhə verdiyi önəmi vurğulayıb.
O, həmçinin Kuala-Lumpur Sülh Razılaşmalarının tam şəkildə icra olunmasının vacibliyini qeyd edərək, ABŞ-ın sülh və sabitliyin təmin olunması üçün müzakirələrə vasitəçilik etməyə hazır olduğunu bildirib.
Mehriban İbrahimli
11:21 26.12.2025
Oxunuş sayı: 1195