Antarktidada dünyanın ilk triatlon yarışı keçiriləcək
2027-ci ildə Antarktidada dünyanın ilk triatlon yarışı keçiriləcək. A100 adlanan turnirə dünyanın müxtəlif ölkələrindən 53 idmançı qatılacaq. Yarış iştirakçıları ümumilikdə 100 kilometrlik məsafəni qət etməli olacaqlar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Triatlon 0°C ətrafında temperaturu olan Cənub Okeanında 1 kilometrlik üzmə mərhələsi ilə başlayacaq. Daha sonra idmançılar 66 kilometr məsafəni dağ velosipedi ilə, sonda isə 33 kilometri qaçışla tamamlayacaqlar.
Antarktidada keçiriləcək bu yarış ekstremal şəraitdə idman yarışlarının yeni mərhələsi kimi qiymətləndirilir.
Günel Verdiyeva
11:13 26.12.2025
Oxunuş sayı: 1028