Kaladze Aİ tənqidlərinin səbəbini açıqladı
Gürcüstan rəsmiləri Avropa İttifaqının ölkəyə yönələn tənqidlərinə münasibət bildirməyə davam edirlər. Tbilisi meri Kaxa Kaladze bu tənqidlərin səbəbləri ilə bağlı açıqlama verib
Crossmedia.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqının Gürcüstan ünvanına səsləndirdiyi tənqidi bəyanatların səbəblərinə münasibət bildirib.
Kaladze qeyd edib ki, bu tənqidlərə həddindən artıq diqqət yetirməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, əsas səbəb Gürcüstanın Aİ-nin göstərişlərini yerinə yetirməməsi ilə bağlıdır: “Biz onların niyə bizi tənqid etdiklərini yaxşı bilirik. Əsas səbəb ondan ibarətdir ki, biz onların əmrlərini icra etmədik, ölkədə ikinci cəbhə açmadıq, bu gün təəssüf ki, Ukraynada baş verən fəlakətin Gürcüstanda yaşanmasına imkan vermədik və Rusiyaya qarşı sanksiyaların tətbiqindən imtina etdik. Bu, ölkəmiz üçün son dərəcə çətin proses olardı. Biz mövqeyimizdə qətiyyətlə dayandıq və ilk növbədə ölkəmizin maraqlarına uyğun qərarlar qəbul etdik”.
O, Gürcüstan hökumətinin gələcəkdə də bu siyasətə sadiq qalacağını vurğulayıb.
Zeynəb Xuduyeva
11:02 26.12.2025
Oxunuş sayı: 1272