Nyu-Yorkda “Qrinç” axtarılır: Polis 10 min dollar mükafat təklif edir
Nyu-York Polis Departamenti (NYPD) şəhərdə Miladı oğurlamağa cəhd etməkdə ittiham olunan “Qrinç”in saxlanılmasına kömək edəcək məlumatlara görə 10 min dollar mükafat təyin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Polisin X platformasında paylaşdığı məlumata görə, hadisə 24 dekabr 2025-ci il, gecə yarısına az qalmış baş verib. Bildirilir ki, Qrinç təhlükəsizlik kameralarına düşərək Nyu-York şəhərinin müxtəlif yerlərində yaxşı davranış göstərən uşaqların Milad ağaclarının altındakı oyuncaqları və hədiyyələri oğurlayarkən qeydə alınıb.
Paylaşım real axtarış elanı (wanted poster) formatında hazırlanıb. Elan Qrinçin eskizi və polisə məlumat vermək üçün əlaqə nömrəsi ilə müşayiət olunub.
NYPD vətəndaşları hadisə ilə bağlı hər hansı məlumatı hüquq-mühafizə orqanlarına çatdırmağa çağırır.
Fatimə Məmmədova
10:53 26.12.2025
Oxunuş sayı: 1217