ABŞ Nigeriyada İŞİD-ə zərbə endirib
ABŞ Nigeriyada “İslam Dövləti” (İŞİD, Rusiyada qadağan olunmuş terror təşkilatı) silahlılarına qarşı həyata keçirilən hava zərbəsinin əsasən dinc xristianlara qarşı hücumlar törədən terrorçuları hədəf aldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, ABŞ Prezidenti Donald Tramp bu barədə X sosial şəbəkəsində paylaşım edərək qeyd edib ki, sözügedən qruplaşma uzun müddətdir günahsız insanları, xüsusilə də xristianları amansızcasına qətlə yetirirdi. Tramp vurğulayıb ki, o, terrorçuları əvvəllər də xəbərdar etmişdi və hücumlar davam edərsə, ciddi cavab veriləcək. Prezident əlavə edib ki, ABŞ “radikal islamçı terrorizmin” inkişafına imkan verməyəcək.
ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) əməliyyatın Nigeriya hakimiyyətinin xahişi ilə həyata keçirildiyini təsdiqləyib.
ABŞ-ninmüdafiə naziri Pit Heqset isə Nigeriya tərəfinə əməkdaşlığa görə təşəkkür edib və gələcəkdə əlavə addımların atıla biləcəyinə işarə edib.
Rəsmi qurumlar əməliyyatın nəticələri ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağını bildiriblər.
Fatimə Məmmədova
10:43 26.12.2025
Oxunuş sayı: 1322