3I/ATLAS ulduzlararası obyektində hissəciklərin ölçüsü ilə bağlı yeni anomaliya aşkarlanıb
Ulduzlararası obyekt olan 3I/ATLAS-da hissəciklərin ölçüsü ilə əlaqəli yeni anomaliya müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Harvard Universitetinin alimi Avi Loeb öz bloqunda məlumat verib.
Alimin sözlərinə görə, obyekt Günəşə doğru hərəkət edərkən müşahidə olunan şüalanmada üstünlük təşkil edən hissəciklər qeyri-adi ölçüləri ilə seçilir. “3I/ATLAS Günəşə yaxınlaşdıqca, şüalanmaya hakim olan hissəciklərin anomal ölçüsü ilə fərqlənir”, – deyə Avi Loeb qeyd edib.
Mütəxəssislər bu anomaliyanın obyektin mənşəyi və tərkibi ilə bağlı yeni elmi müzakirələrə yol aça biləcəyini bildirirlər. Araşdırmaların davam etdiyi vurğulanır.
Nəzrin Abbas
10:41 26.12.2025
Oxunuş sayı: 1048