Cozef Bayden ailəvi Milad fotosunda diqqət çəkdi
ABŞ-nin keçmiş prezidenti Cozef Bayden ailəsi ilə birlikdə çəkilmiş Milad fotosunu sosial media hesabında paylaşıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fotoda Bayden ailəsinin səkkiz üzvü yer alır.
Kadrda Co Bayden həyat yoldaşı Cillin arxasında dayandığı üçün çətinliklə görünür. Ailənin mərkəzində isə oğlu Hunter Bayden yer alıb. Fotoda Hunter Bayden gülümsəməyən yeganə şəxs kimi diqqət çəkib.
Paylaşımda Bayden ailəsi adından “sevgi dolu, dinc və sevincli Milad” arzusu ifadə olunub.
Nəzrin Abbas
10:02 26.12.2025
Oxunuş sayı: 1022