Qırğızıstanda ilk günəş elektrik stansiyası istifadəyə verildi
Qırğızıstanın Kemin şəhərində ölkənin tarixində ilk günəş elektrik stansiyası (GES) istifadəyə verilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, açılış mərasimində prezident Sadir Caparov iştirak edib.
Yeni stansiyanın gücü 100 MVt, sahəsi isə 230 hektar təşkil edir. Layihə Çin sərmayəçisinin iştirakı ilə reallaşdırılıb, sərmayənin həcmi 56 milyon ABŞ dolları olub.
Prezident bildirib ki, günəş və külək enerjisinin inkişafı ölkənin enerji strategiyasının əsas elementi olacaq və davamlı, diversifikasiya olunmuş enerji sisteminin yaradılması üçün vacib addımdır.
Səriyyə Tağıyeva
23:22 25.12.2025
Oxunuş sayı: 1444