Tacikistan Düşənbədə qətlə yetirilən uşağın ailəsinə dəstək göstərdi
Düşənbə meri Rüstəm Emoməli, rus millətçisi tərəfindən qətlə yetirilən 10 yaşlı Qobiljon Əliyevin anasına Düşənbə şəhərinin mərkəzində iki yataq otaqlı mənzil hədiyyə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sahibkar Umar Alimatov isə ailəyə ayda 1000 dollar qazanc gətirən daimi iş yeri təmin edib və onları miqrasiya ehtiyacından azad edib.
Xatırladaq ki, uşağın qətlini Moskva vilayətində rus millətçisi Timofey Kulyamov törədib. Daha sonra Rusiya hakimiyyətinə yaxın Telegram kanallarında bu qətl öyünən və haqlı çıxarmağa çalışan paylaşımlar yayımlanıb.

23:06 25.12.2025
Oxunuş sayı: 1461