Rusiyanın beynəlxalq ehtiyatları rekord həddə çatıb
Rusiyanın beynəlxalq ehtiyatları 19 dekabr 2025-ci il tarixinə 752,6 milyard dollara çataraq yeni rekorda çatıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının saytında 25 dekabrda məlumat verilib.
Nəşr bildirir ki, "19 dekabr 2025-ci il tarixinə beynəlxalq ehtiyatlar həftə ərzində 11,6 milyard ABŞ dolları və ya 1,6% artaraq 752,6 milyard ABŞ dolları təşkil edib".
Mərkəzi Bankın açıqlamasına görə, artımın əsas səbəbi aktivlərin yenidən qiymətləndirilməsinin müsbət təsiri olub.
22:33 25.12.2025
Oxunuş sayı: 1621