Papa Fransisk Ukrayna və Rusiya liderlərini dialoqa çağırdı
Roma Papası Fransisk ənənəvi Milad mesajında Rusiya və Ukraynanı dialoqa çağırıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Silahların gurultusu dayansın. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə tərəflər səmimi, açıq və hörmətli dialoq üçün cəsarət tapsın”.
Xatırladaq ki, bir müddət əvvəl o Rusiyanı ən azı Milad bayramı ərzində atəşkəsi təmin etməyə çağırmış, lakin Moskvanın bu çağırışa cavab verməməsindən təəssüfləndiyini ifadə etmişdi.
Səriyyə Tağıyeva
22:20 25.12.2025
Oxunuş sayı: 1409