ABŞ-də “pivə vaksini” hazırlanıb
ABŞ-li virusoloq Kris Bak pivə mayasına poliomavirus proteini əlavə edərək eksperimental vaksin hazırlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hazırlanan pivə insan bədənində antikor yaratmağa qadirdir.
Alim öz üzərində sınaq apararaq 15 gün ərzində 7,5 litr “vaksinləşdirilmiş pivə” içib. Nəticədə onun qanında antikorlar aşkarlanıb.
Ekspertlər bildirir ki, üsul hələ ilkin mərhələdədir və geniş tədqiqatlar tələb olunur.
Səriyyə Tağıyeva
22:00 25.12.2025
Oxunuş sayı: 1616