Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb
Dekabrın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Xüsusi Nümayəndəsi Stiven Vitkov və sahibkar Cared Kuşner ilə telefon danışığı aparıb .
Crossmedia.az bu barədə İzvestiya-ya istinadən xəbər verir ki,Zelenski özünün Telegram kanalında yazıb: “Bu gün Prezident Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner ilə çox yaxşı söhbətimiz oldu. Konstruktiv, intensiv işə, xoş sözlərinizə və ukraynalılara Milad təbriklərinizə görə təşəkkür edirəm”.
Onun sözlərinə görə, danışıqlarda "işin vacib detalları" və "ortaq nəticə və davamlı sülh üçün işləyə biləcək yaxşı ideyalar" müzakirə olunub. Ukrayna lideri Milad razılaşmalarının və təkliflərinin razılaşma üçün faydalı olacağına ümid etdiyini bildirib.
Səriyyə Tağıyeva
20:48 25.12.2025
Oxunuş sayı: 1853