Əmiri: Həşd-Şəəbinin dağılması ilə bağlı şayiələr doğru deyil
İraqın şiə təşkilatının baş katibi Bədr Əmiri İrana bağlı Həşd-Şəəbi silahlı qruplaşmasının ləğvi ilə bağlı xəbərləri təkzib edib.
"Həşd-Şəəbinin buraxılması sadəcə bir şayiədir və biz bunu qəbul etmirik. Həşd-Şəəbi bir təhlükəsizlik qurumudur.
Onun buraxılmasını tələb edənlərə deyirik: "Özünüzə hörmət edin. Silahlı qrupların tərksilah edilməsi İraqın daxili qərarıdır və biz bunun kənardan qəbul edilməsinə icazə verməyəcəyik", - deyə o bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd etmək lazımdır ki, Həşd-Şəəbi İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) tərəfindən tam nəzarət edilən İraq Şiə paramilitar təşkilatıdır. O, 2014-cü ildə təsis edilib. Təxminən 200.000 döyüşçüsü olan müxtəlif silahlı qrupların çətir təşkilatıdır.
19:45 25.12.2025
Oxunuş sayı: 1441