Putinin 2001-ci ildə Buşla görüşdə səsləndirdiyi iddialar üzə çıxdı
ABŞ Milli Təhlükəsizlik Arxivinin açıqladığı 2001-ci il stenoqramına görə, Rusiya prezidenti Vladimir Putin sabiq ABŞ prezidenti Corc Buşla görüşündə Azərbaycan da daxil olmaqla Qafqazı və bir sıra digər əraziləri tarixi baxımdan Rusiyaya aid hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, Ukraynanın NATO-ya üzvlüyünün böyük müharibəyə, ölkənin parçalanmasına və daha çox qan tökülməsinə yol aça biləcəyini deyərək, Rusiyanın bu prosesə qarşı çıxacağını vurğulayıb.
O, Ukraynanı “Lenin tərəfindən yaradılan süni dövlət” adlandırıb, Buş isə Putinin mövqeyini açıq və birbaşa qiymətləndirdiyini qeyd edib.
18:48 25.12.2025
Oxunuş sayı: 3661