İranın sabiq prezidenti: İslam Respublikası gedərsə, İran məhv olacaq
Respublika prinsipləri ilə İslam dəyərlərini xalqın iradəsi, insan hüquqları və hakimiyyətin cəmiyyət qarşısında məsuliyyəti ilə uzlaşdıran bir idarəetmə modeli mövcud olarsa, ölkədəki bir çox problemlər həllini tapa bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın sabiq prezidenti Məhəmməd Xatəmi İslam Respublikasının gələcəyi ilə bağlı açıqlama verib.
Xatəminin sözlərinə görə, bütün çatışmazlıqlarına baxmayaraq, mövcud siyasi sistemin tamamilə tərk edilməsi İran üçün daha ağır nəticələr doğura bilər.
Keçmiş dövlət başçısının dediklərinə əsasən, emosional yanaşmalar kənara qoyularsa, İran cəmiyyətinin əksəriyyəti mövcud vəziyyətin dəyişməsi üçün islahat yolunu seçəcək.
19:25 25.12.2025
Oxunuş sayı: 1740