Paşinyan: “Tramp Marşrutu”nda həmişə aydınlaşdırılmamış suallar olacaq
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP layihəsi genişmiqyaslı olduğundan, həmişə aydınlaşdırılmamış suallar qalacaq.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o qeyd edib ki, bu mərhələdə aydınlaşdırılmağa ehtiyacı olan suallar kifayət qədər izah edilib, lakin hər həll edilmiş sualdan sonra yeni suallar ortaya çıxacaq və onların üzərində düşünmək lazım gələcək.
Paşinyan əlavə edib ki, böyük layihələrdə belə xüsusiyyət olur: bir həll edilməmiş məsələni həll etdikdə, daha dörd həll edilməmiş məsələ meydana çıxır və proses belə davam edir.
Pərvin Hacıyeva
18:25 25.12.2025
Oxunuş sayı: 3176