Kreml Zelenskinin Milad təbrikini sərt tənqid edib
Rusiya, Ukrayna prezidenti Volodimir Zelenskinin Milad təbrikini sərt şəkildə tənqid edib.
Crossmedia.az xarici KİV- ə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, təbrikdə səsləndirilən ölüm arzuları “mədəniyyətsiz və qəzəbli” görünür.
Peskov əlavə edib ki, Zelenski yetərincə rasional qərarlar qəbul etməyən insan təəssüratı yaradır və sual yaranır: o, balanslı və düzgün qərarlar qəbul edə bilirmi ?
Pərvin Hacıyeva
18:11 25.12.2025
Oxunuş sayı: 3374