Ermənistan Rusiyadan asılı olmayaraq dəmir yollarını bərpa etməyə hazır olduğunu açıqlayıb
Ermənistan Rusiyanın hazırda işlətdiyi dəmir yolu seqmentlərini öz üzərinə götürməyə — Erazx, İcevan və Axurik istiqamətlərindəki hissələri almağa hazırdır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonrakı müsahibəsində açıqlayıb.
Paşinyan bildirib ki, İrəvan hesab edir ki, ən azından ilkin mərhələdə Tavuş vilayətindəki İcevan stansiyasına qədər olan dəmir yolu, Ermənistan-Azərbaycan sərhədindən Erazx hissəsinə qədər və Türkiyə ilə sərhəddən Axurik stansiyasına qədər olan seqmentlərdə bərpa işləri aparmaq vacibdir.
Baş nazir ümidvar olduğunu vurğulayıb ki, Rusiya tərəfi bu işi mümkün qədər tez həyata keçirəcək. O əlavə edib ki, qeyd olunan seqmentlər hazırda Rusiyanın koncessiya idarəsindədir.
Paşinyan həmçinin bu həftə Putinlə görüşdə bildirib ki, əgər Rusiya bu seqmentləri lazımi qaydada bərpa etməkdə çətinlik çəkirsə, Ermənistan hökuməti bu hissələri yenidən koncessiya idarəsindən götürməyə və dövlət vəsaiti hesabına bərpa etməyə hazırdır.
Qeyd edək ki, 4 noyabr 2025-ci il tarixində Paşinyan açıqlamışdı ki, Rusiya Federasiyası regional kommunikasiya açıldıqdan sonra dəmir yolu yük daşımalarını Ermənistan ərazisi vasitəsilə həyata keçirə biləcək.
Əvvəllər isə Rusiyada “Tramp yolu”nun parametrləri üzrə Ermənistanla məsləhətləşməyə hazır olduqları bildirilmişdi.
Pərvin Hacıyeva
16:05 25.12.2025
Oxunuş sayı: 2682