Ermənistan kilsəni pulsuz torpaq hüququndan məhrum etdi
Ermənistan hökuməti ölkənin Torpaq Məcəlləsinə düzəliş edib və Erməni Apostol Kilsəsinin torpaq mülkiyyətini pulsuz əldə etmək hüququnu ləğv edib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Qərara əsasən, bundan sonra kilsə dövlət tərəfindən pulsuz torpaq ala bilməyəcək və yalnız ödənişli müqavilələr əsasında mülkiyyət hüququna malik olacaq.
Hökumət bildirib ki, dəyişiklik ölkədə torpaq istifadəsinin şəffaflığını təmin etmək və mülkiyyət hüquqlarını tənzimləmək məqsədi daşıyır.
Nəzrin Abbas
13:15 25.12.2025
Oxunuş sayı: 3305