Demokratlar Trampı səfirlərin geri çağırılmasını ləğv etməyə çağırır
ABŞ-ın Demokrat senatorları Prezident Donald Trampı xaricdəki təxminən 30 diplomatik nümayəndəlik rəhbərinin geri çağırılmasını ləğv etməyə çağırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Xəbərə görə, qanunvericilər bildiriblər ki, bu addım ölkə rəhbərliyində boşluq yaradacaq və Rusiya və Çin kimi rəqiblərin təsirini artırmağa imkan verəcək. Demokratların məktubunda vurğulanır ki, hazırda lideri olmayan 100-dən çox ABŞ səfirliyi yeni təyinat gözləyir və diplomatlar seçilənə qədər xarici liderlərlə əlaqələri məhdudlaşdırılmış şəkildə davam etdirəcəklər.
Dekabrın 22-də ABŞ administrasiyası 29 diplomatik nümayəndəliyin rəhbərini geri çağıracağını açıqlayıb. Həmin diplomatların səlahiyyət müddəti 2026-cı ilin yanvarında bitir və hamısı Co Bayden administrasiyası dövründə təyin olunmuşdu.
Nəzrin Abbas
11:42 25.12.2025
Oxunuş sayı: 5833