Makron: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar yanvar ayında davam edəcək
Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar 2026-cı ilin yanvar ayından etibarən Parisdə davam edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron 24 dekabrda X sosial media platformasında (əvvəllər Twitter) elan etdi.
"Yanvar ayında Parisdə başlayaraq, Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri vermək üçün bu işi davam etdirəcəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, bu, "davamlı və uzunmüddətli sülhə" nail olmaq üçün zəruri şərtdir.
Səriyyə Tağıyeva
03:51 25.12.2025
Oxunuş sayı: 1180