Nigeriyada məsciddə partlayış olub, ölənlər var
Nigeriyanın şimal‑şərqində yerləşən məsciddə ibadət zamanı partlayış baş verib.
Crossmedia.az bu barədə "Vanguard" qəzetinə istinadən xəbər verir.
Məsciddə quraşdırıldığı güman edilən kustar üsulla hazırlanmış partlayıcı qurğular möminlər ibadət edərkən işə düşüb. Hadisə saat 18:00 radələrində (Bakı vaxtı ilə 21:00) qeydə alınıb.
AFP-nin təhlükəsizlik xidmətindən olan mənbəyə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yeddi nəfər həlak olub.
02:48 25.12.2025
Oxunuş sayı: 1288