Kreml Ukrayna ilə bağlı danışıqların gizli aparılmasını vacib hesab edir
Ukraynadakı konfliktin həllinə dair danışıqlar açıq olmamalıdır və bütün müzakirələr gizli rejimdə aparılmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Bloomberg”agentliyinin yayımladığı məlumatlara şərh verərkən qeyd edib:
“Xeyr, burada şərh olmayacaq. Biz hələ də hesab edirik ki, hər şey gizli rejimdə aparılmalıdır”.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” Moskvada yayımlanmış 20 maddədən ibarət Ukrayna sülh planında dəyişiklik etmək niyyətləri barədə məlumat vermişdi.
Səriyyə Tağıyeva
23:50 24.12.2025
Oxunuş sayı: 1192