Zelenski Ukraynaya hücumlarda Çini ittiham edib
Çin peykləri Ukrayna ərazisini çəkdikdən sonra Rusiya ölkənin enerji obyektlərinə hücumlar həyata keçirib.
Crossmedia.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Rusiya ilə Çin strukturları arasında kosmik kəşfiyyat sahəsində əməkdaşlıq güclənir və müşahidələr göstərir ki, Çin peyklərinin çəkilişləri ilə Rusiya hücumları arasında əlaqə mövcuddur.
Səriyyə Tağıyeva
23:20 24.12.2025
Oxunuş sayı: 1724