Nova Kaxovkada dron hücumu: mülki şəxs yaralanıb
Xerson vilayətinin Nova Kaxovka şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının avtomobili vurması nəticəsində bir mülki şəxs ağır yaralanıb.
Crossmedia.az İzvestiya-a istinadən xəbər verir ki, bu barədə dekabrın 24-də şəhər rayonunun icraçı direktoru Volodimir Oqanesov məlumat verib.
Onun sözlərinə görə, dron hücumu zamanı bir nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Oqanesov şəhər sakinlərini diqqətli olmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.
Səriyyə Tağıyeva
21:51 24.12.2025
Oxunuş sayı: 1298