“Fənərbağça”nın prezidenti narkotik işi üzrə saxlanılıb
İstanbul Baş Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində “Fənərbağça”nın prezidenti Sadəttin Saran saxlanılıb.
Crossmedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza İdarəsi tərəfindən aparılan test nəticəsində Saranın narkotik maddə istifadəsi müsbət çıxıb.
Baş Prokurorluğun açıqlamasında qeyd olunub ki, onun barəsində narkotik vasitələrin əldə edilməsi, istifadəsinin təşviqi və istifadəsi ilə bağlı əlavə dəlillər ortaya çıxıb.
Bu səbəbdən İstanbul Vilayət Jandarma Komandanlığı əməkdaşları tərəfindən Sadəttin Saran saxlanılıb.
21:29 24.12.2025
Oxunuş sayı: 1481