ABŞ Karib hövzəsinə xüsusi təyinatlı aviasiya və qoşunlar yerləşdirir
Vaşinqton Venesuelaya qarşı mümkün hərbi əməliyyat variantlarını nəzərdən keçirərkən Karib hövzəsinə çox sayda xüsusi təyinatlı aviasiya vasitəsi və yük təyyarəsi göndərib.
Crossmedia.az xəbər verir ki,Wall Street Journal ABŞ rəsmilərinə və uçuş izləmə məlumatlarına istinadən yazır.
Məlumata görə, Nyu-Meksikodakı Cannon Hərbi Hava Bazasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin 20-ci Xüsusi Əməliyyatlar Eskadrilyasına məxsus ən azı 10 CV-22 “Osprey” təyyarəsi bölgəyə uçub. Eyni zamanda Fort Stüart və Fort Kempbelldən qalxan C-17 Globemaster III yük təyyarələri Puerto Rikoya eniş edib.
Nəşr qeyd edir ki, bu təyyarələrin ABŞ Ordusunun 75-ci Reyncer Alayı və 101-ci Hava-Desant Diviziyasının hərbçilərini daşıdığı ehtimal olunur.
19:41 24.12.2025
Oxunuş sayı: 1602