Rusiya ABŞ-ın son sülh planında əsas dəyişikliklər tələb edəcək
Moskva ABŞ və Ukrayna tərəfindən hazırlanmış 20 bəndlik sülh planını gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi görsə də, sənəddə Rusiya üçün vacib müddəaların olmadığını bildirir.
Crossmedia.az bu barədə xarici mənbələrə istinadən xəbər verir.
Kreml mənbələrinə görə, plan NATO-nun şərqə doğru genişlənməsinə zəmanətləri, Ukraynanın neytral statusunu, eləcə də sanksiyaların ləğvi və dondurulmuş Rusiya aktivləri ilə bağlı aydın mexanizmləri əhatə etmir.
Rusiya hesab edir ki, mövcud sənəd münaqişəni faktiki olaraq dondurmağa və Ukraynaya vaxt qazandırmağa yönəlib.
19:27 24.12.2025
Oxunuş sayı: 3228